"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyələrin təaliyyətinin təbliği” ictimai Birliyi Astara bələdiyyələrinin iştirakıyla görüşlər keçirib

--2022-04-24 / 07:30

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” adlı layihənin icrasını davam etdirir.  

Quba və Qusar rayonlarının ardınca 19-22 aprel 2022-ci il tarixlərində Astara rayonunun bələdiyyələrinin iştirakı ilə Astara “Gənclər evi”ndə görüş keçirilmişdir.

Astara rayonunda keçirilən görüşlərdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri Vüqar Tofiqli (Cəfərov), Astara RiH-in ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Məcnun Cəbiyev, Dövlət Turizm Ağentliyinin Lənkəran Destinasiya Menecmenti Təşkilatının rəhbəri ilqar əzimov, ədliyyə Nazirliyinin Lənkəran Regional ədliyyə idarəsinin baş məsləhətçisi Çingiz Cavadov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və turizm üzrə direktor müavini Elvin Mirizadə, layihənin eksperti iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Fərhad Mikayılov və Astara rayonunda formalaşan 15 bələdiyyənin sədrləri rayonda ekoturizimin təbliği istiqamətində fikir mübadilələri aparılmışdır.

Görüşdə həmçinin Lənkəran bələdiyyəsinin sədr müavini Fəxrəddin Canıyev də iştirak etmişdir.

Görüşlərinn təşkilində Astara RiH-in yaxından dəstək göstərdiyini qeyd edən ictimai birliyin sədri V.Cəfərov çıxışında bildirib ki, layihənin əsas məqsədi ekoturizmin təbliğində bələdiyyələrin rolunun artırılması istiqamətində Quba, Qusar, Astara və Lerik rayon bələdiyyələri, turizm şirkətləri ilə görüşləri təşkil etməklə müzakirələrin aparılmasına və ekoturizmin təbliği sahəsində bələdiyyələrin öz işlərini daha da səmərəli qurmasına nail olmaqdır. Bu günədək Quba və Qusar rayonlarında bu məzmunda və geniş tərkibdə görüşlərin keçirildiyini qeyd edən sədr hazırda bələdiyyələrin adıçəkilən istiqamətdən bələdiyyələrə hər hansı maliyyə vəsaitinin daxil olmamasından təəssüfləndiyini, lakin ciddi şəkildə addımlar atılarsa yaxın gələcəkdə bu sahədən bələdiyyə büdcəsinə maliyyə vəsaitinin daxilolma ehtimalının yüksək olduğunu qeyd edib.

Görüşdə bildirildi ki, 15 Astara bələdiyyəsinin ötən il ərzində cəmi 198 min manat büdcə gəlirinin olması bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə səy göstərmələriylə yanaşı, onların yeni maliyyə istiqamətləri üzərində işləmələrini zəruri edir.

Görüşlərdə bələdiyyələrin ekoturizimin təbliği istiqamətində və turizm sahəsindən bələdiyyə büdcələrinin formalaşması istiqamətində bələdiyyələrin görəcəkləri işlər geniş müzakirə olunmuşdur.

Görüşlərin sonunda bələdiyyə sədrlərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə 01 fevral – 01 iyun 2022-ci il dövrünü əhatə edir.

Məlumat üçün bildiririk ki, ədliyyə Nazirliyi tərəfindən 2010-cu ilin fevral ayında dövlət qeydiyyatına alınan ictimai birliyin təsis edilməsində əsas məqsəd yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin fəaliyyətini təbliğ etmək, onların problemlərini ictimailəşdirmək və onların səmərəli fəaliyyətlərinə yardımçı olmaqdır.

ictimai birlik 2012-ci ildən etibarən hər il olaraq Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihələri uğurla başa çatdırmışdır. ən uğurlu layihələrdən biri isə www.belediyye.info internet resursunun istifadəyə verilməsi olmuşdur. Artıq yeddinci ildir ki, sayt fəaliyyətdədir və saytda bələdiyyələrin fəaliyyəti geniş şəkildə öz əksini tapmaqdadır.

Belediyye.info 

ŞƏRHLƏR